Borrellə Macarıstandan sərt cavab: "Sizdən icazə istəmirik"

Hazırda oxunan: Borrellə Macarıstandan sərt cavab: "Sizdən icazə istəmirik"

Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin siyasi direktoru Balaj Orban, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellə sərt cavab verib: 'Sizdən icazə istəmirik.' Borrell'in açıqlamasına münasibət bildirərkən, Orban qeyd edib ki harada nahar edəcəyinə və kiminlə görüşəcəyinə qərar vermək üçün Borrellin icazəsini gözləmirlər.
200959

"Bəlkə sizdən soruşmalıyıq, cənab Borrell, harada nahar edəcəyik? Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur".

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin siyasi direktoru Balaj Orban Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin açıqlamasına münasibət bildirərkən deyib.

"Harada nahar edəcəyimizə və ya kiminlə görüşəcəyimizə qərar vermək üçün sizdən icazə istəmirik", deyə o, qeyd edib.

Xatırladaq ki, Borrel X sosial şəbəkəsində yazıb ki, Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində Avropa İttifaqını təmsil etmək mandatı almayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin