Ermənipərəst fransalı deputatdan Orbanla bağlı HƏYASIZ AÇIQLAMA

Hazırda oxunan: Ermənipərəst fransalı deputatdan Orbanla bağlı HƏYASIZ AÇIQLAMA

200920

“Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Avropa İttifaqı (Aİ) üçün qalmaqaldır”.

Bizim.Media xəbər verir ki, bu sözlərin müəllifi Avropa Parlamentinin deputatı Natali Luazodur.

“Viktor Orbanın Türk Dövlətlərinin Zirvə görüşündə Şimali Kipr təmsilçisi ilə Qarabağda iştirakı Macarıstan üçün biabırçılıqdır. Belə çıxır ki, Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alır”, - deyə fransız deputat yazıb.

Qeyd edək ki, bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının sammitində iştirak üçün Aİ-dən mandat almadığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin