Amerikada Tramp və Bayden yarışı hələ bitməyib

Hazırda oxunan: Amerikada Tramp və Bayden yarışı hələ bitməyib

2009

Donald Tramp və Co Bayden arasındakı prezidentlik yarışı hələ davam edir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki,  seçkilərdən əvvəl aparılan anketlərdə Baydenin seçkilərdə 10 bal fərqi ilə qalib gələcəyi deyilirdi.

Tramp və Bayden arasında güclü bir yarış var.  Səslərin sayılması əsas ştatlarda davam edir. Poçt səslərinin əsasən Bayden olması Tramp cəbhəsini olduqca qəzəbləndirir.

Belə ki, hər iki namizədin hələ qalib gəlmək şansı olsa da Co Baydenin  daha şanslı göründüyü məlumdur.  Çox güman ki, nəticələr bir neçə gün sonra açıqlanacaq.

Viskonsin şəhərində Bayden  20.000 səslə liderliyi ələ aldıqdan sonra  seçki qrupuna  səslərin yenidən sayılması  üçün müraciət etməyi tapşırıb.

Küçələrdə sakitlik hökm sürür

Seçkilərdən əvvəl xaosa hazırlaşan amerikalılar  arasında gözlənilən kimi qarşıdurma yaşanmır. Nəticələrin Tramp əleyhinə olması  küçələri sakit saxladığı deyilir. Hər ehtimala qarşı Amerika ordusunun əsgərləri müxtəlif sahələrdə hazır vəziyyətdədirlər.

Tviterdən Trampa blok

Donald Tramp Tvitter hesabında bir-birinin ardınca seçkilərlə bağlı açıqlamalar verir. Bayden isə kameralar qarşısına keçərək qısa açıqlamalar edir. Tvitter Trampın tvitlərini bloklayaraq Bayden tərəfində olduğunu açıq şəkildə bildirdi

Ən çox seçici...

Trump və Bayden arasındakı seçki, ölkənin tarixi baxımından əhəmiyyətli bir şəkildə qeydə alınıb. ABŞ-dakı seçkilərə dair məlumatları araşdıran ABŞ Seçki Təşkilatı bu seçkinin ilkin məlumatlara görə, son 120 ildə ən çox seçicinin qatıldığı il olduğunu deyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin