Fransadakı seçkilər o qədər də demokratiyanı xatırlatmır.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Moskva.Kreml. Putin” proqramına müsahibəsində deyib.
“Parlament seçkilərinin birinci turu keçirildi, onların iki turu var. İkinci tur nə üçün lazımdır? Görünür, seçicilərin iradəsini manipulyasiya etmək üçün nəzərdə tutulub ki, bəzi namizədlər öz namizədliklərini geri götürə bilsinlər. Onları inandırırlar ki, qələbənin yolunu, necə deyərlər, mühafizəkarlardan və ya populistlərdən təmizləsinlər" - diplomat izah edib.
Xarici işlər naziri əlavə edib ki, əgər birinci turun nəticələri parlamentin formalaşması üçün əsas olsaydı, Fransada çox ciddi dəyişikliklər baş verərdi.
Bu gün Fransada parlamentin aşağı palatası olan Milli Assambleyaya növbədənkənar seçkilərin ikinci turu keçirilir. Səsvermə sağçı “Milli Birlik” partiyasının Milli Assambleyada aparıcı qüvvə olub-olmayacağını və onun lideri Cordan Bardellanın baş nazir olub-olmayacağını müəyyən edəcək.
Birinci turda "Milli Birlik" Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15%, solçu "Yeni Xalq Cəbhəsi" bloku 27,99%, prezident Emmanuel Makronun koalisiyası 20,04% səs toplayaraq üçüncü olub.
Sağların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün makronçular və solçular öz dairələrində üçüncü yeri tutan namizədlərini geri çağırmağa başlayıblar.
Ehtimal olunur ki, ikinci turda - “duellər” zamanı Le Penin partiyasından olan namizədlərin Makron koalisiyası və ya solçularla mübarizədə Milli Birliyə qalib gəlmək şansı daha az olacaq.
224 iddiaçı artıq namizədliyini geri götürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:25 / 07.07.2024
Lavrovdan Fransadakı seçkilərlə bağlı AÇIQLAMA: “Demokratiyaya çox da oxşamır”
Hazırda oxunan: Lavrovdan Fransadakı seçkilərlə bağlı AÇIQLAMA: “Demokratiyaya çox da oxşamır”
Hazırda oxunan: Lavrovdan Fransadakı seçkilərlə bağlı AÇIQLAMA: “Demokratiyaya çox da oxşamır”
200898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.