Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəbirinci xanım Əminə Ərdoğan Almaniyaya səfər ediblər.
Bizim.Media xəbər verir ki, dövlət başçısını gətirən təyyarə artıq Berlin hava limanına eniş edib.
Türkiyə prezidenti xanımı ilə bu gün Avro-2024-ün 1/4 finalında ölkəsinin milli komandasına dəstək verəcək.
Qeyd edək ki, Niderland millisi ilə olan matç Bakı vaxtilə saat 23:00-da Berlin Olimpiya Stadionunda baş tutacaq.
Bizim.Media