13 ildir Baş nazirin iqamətgahında baş siçan ovçusu kimi xidmət edən Larri adlı pişik yeni Baş nazirin gəlişi ilə saraydan qovula bilər.
Bizim.Media xəbər verir ki, bununla bağlı Britaniya mətbuatında yazı dərc edilib.
Bildirilib ki, Larrinin qovulma ehtimalı yeni Baş nazir Kir Starmerin Jojo adlı pişiyini özü ilə hökumət iqamətgahına aparacağı ilə bağlıdır. Belə ki, Larri yeni pişiklə anlaşarsa iqamətgahda saxlanılacaq.
Britaniya mediası yazır ki, Starmer Jojonu özü ilə aparmağa məcburdur, çünki azyaşlı övladları onu çox sevirlər.
Qeyd edək ki, pişik Larri sabiq baş nazir Rişi Sunakın ayaqqabısına təbii ehtiyaclarını ödədiyi zaman çəkilən görüntülərlə məşhurlaşmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:23 / 06.07.2024
Britaniya hökumətinin məşhur pişiyi də “istefaya” göndərilə bilər - Krallıqda pişik seçimi
Hazırda oxunan: Britaniya hökumətinin məşhur pişiyi də “istefaya” göndərilə bilər - Krallıqda pişik seçimi
Hazırda oxunan: Britaniya hökumətinin məşhur pişiyi də “istefaya” göndərilə bilər - Krallıqda pişik seçimi
Britaniya hökumətinin məşhur pişiyi Larri, yeni Baş nazirin gəlişi ilə saraydan qovula bilər. Yeni Baş nazir Kir Starmer, özünün pişiyi Jojo ilə deyil, Larri ilə işləmək istəyə bilər.
200797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.