İyunun 27-si tarixli debatdakı çıxışından sonra ilk televiziya müsahibəsini verən ABŞ Prezidenti Cozef Bayden uğursuzluğa görə bütün məsuliyyəti öz üzərinə götürüb və xəstə olduğu üçün debatın nəticələrinin pis olduğunu açıqlayıb.
Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, ABC kanalına müsahibəsində Bayden dəfələrlə debatın baş tutduğu günü “pis gecə” adlandırıb.
“Bu pis epizoddur. Heç bir ciddi vəziyyət yoxdur. Mən yorulmuşdum. Hazırlaşmaq baxımından hisslərimə qulaq asmadım və gecə pis keçdi”,- deyə ABŞ Prezidenti bildirib. O, hazırlaşmaq üçün “Kemp Devid”də keçirdiyi bir neçə gün özünü pis hiss etdiyini və ciddi şəkildə soyuqladığını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:07 / 06.07.2024
Bayden Trampla debatda uğursuz olması barədə danışıb
Hazırda oxunan: Bayden Trampla debatda uğursuz olması barədə danışıb
Hazırda oxunan: Bayden Trampla debatda uğursuz olması barədə danışıb
200675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.