Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib.
Bizim.Media xəbər verir ki, Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
O, “bozqurd” işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib:
“Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Fransızların formasında xoruz var, onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib. O, sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq”.
Qeyd edək ki, Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala “bozqurd” işarəsi tutduğu üçün 2 oyunluq cəza verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:07 / 05.07.2024
Ərdoğandan “bozqurd”la bağlı cəzaya ETİRAZ: "Fransızlara niyə xoruzlanırsınız, deyilirmi?"
Hazırda oxunan: Ərdoğandan “bozqurd”la bağlı cəzaya ETİRAZ: "Fransızlara niyə xoruzlanırsınız, deyilirmi?"
Hazırda oxunan: Ərdoğandan “bozqurd”la bağlı cəzaya ETİRAZ: "Fransızlara niyə xoruzlanırsınız, deyilirmi?"
Ərdoğan UEFA-nın Merih Demirala verdiyi cəzaya etiraz edir və onun fransızlar və almanlarla müqayisəsində bozqurd işarəsini savunur.
200597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.