Hindistanda daşqın və torpaq sürüşmələrində 16 nəfər həyatını itirib

Hazırda oxunan: Hindistanda daşqın və torpaq sürüşmələrində 16 nəfər həyatını itirib

200462

Hindistanda iki həftə ərzində yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 16-dan çox insan ölüb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki,  ölkənin şimal-şərqinə təsir edən leysan yağışlar səbəbindən bölgədə 300 mindən çox insan su altında qalan evlərini tərk edib. Yağışlardan ən çox zərər çəkən əyalətlərdən biri olan Assamda xilasetmə işlərində Hindistan ordusunun da iştirak etdiyini bildirib. Bu çərçivədə Asiyanın ən böyük çaylarından biri olan Brahmaputrada kiçik bir adada 4 gün qapalı qalan 13 balıqçının hərbi helikopterlə təhlükəsiz bölgəyə yerləşdirilib.

Çanqlanq rayonunda su basmış məktəbdən 70 şagird və müəllim xilas edilib. Sikkim, Manipur və Meqalaya ştatlarında çoxlu yol və körpülər zədələnib.

Rəsmi məlumatlara görə, may ayının sonundan bəri ölkənin şimal-şərqində 6 ştatda daşqın və torpaq sürüşməsi nəticəsində 80-dən çox insan həlak olub. Hər il iyun-sentyabr ayları arasında baş verən musson yağışları bölgəyə böyük ziyan vurur. Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə edilən nizamsız və həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğunu bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin