Qazaxıstanın keçmiş müdafiə naziri ŞƏT-də yüksək vəzifəyə GƏTİRİLİR

Hazırda oxunan: Qazaxıstanın keçmiş müdafiə naziri ŞƏT-də yüksək vəzifəyə GƏTİRİLİR

Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2025-2027-ci illər üçün yeni baş katibi olacaq. Ətraflı məlumat üçün oxuyun.

200446

Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2025-2027-ci illər üçün yeni baş katibi olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.

Mənbə yazır ki, hazırda Yermekbayev ŞƏT rəhbərinin müavinidir.

Onun gələn il yanvarın 1-də Çjan Mini əvəzləyəcəyi gözlənilir.

Yermekbayev 1963-cü il yanvarın 1-də Çimkənddə anadan olub. Moskvada SSRİ Müdafiə Nazirliyinin Qırmızı Bayraqlı Hərbi İnstitutunu bitirib, rus, qazax, ingilis və çin dillərini bilir. 

2018-2021-ci illərdə Yermekbayev Qazaxıstan Müdafiə Nazirliyinə rəhbərlik edib, 2023-cü ilin yanvarından isə ŞƏT baş katibinin müavini olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin