ŞƏT ölkələrinin liderləri Astana Bəyannaməsini imzalayıblar - VİDEO

Hazırda oxunan: ŞƏT ölkələrinin liderləri Astana Bəyannaməsini imzalayıblar - VİDEO

200403

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət və hökumət başçıları Qazaxıstanın paytaxtında keçirilən sammitdə ittifaq haqqında Astana Bəyannaməsini təsdiqləyiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sputnik agentliyi yayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin iclasda çıxışı zamanı bildirmişdi ki, sənəd ŞƏT ölkələrinin qlobal və regional gündəliyin əsas aspektlərinə yanaşmalarını əks etdirir.

ŞƏT-in Astana sammitinin yekunlarına əsasən, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri bu ilin noyabrında Küveytin paytaxtında BMT ilə terrorizmlə mübarizə üzrə birgə yüksək səviyyəli konfrans keçirməyi planlaşdırır.

"ŞƏT-in yekun Astana Bəyannaməsində ŞƏT-ə üzv dövlətlərin liderləri Tacikistanın Mərkəzi Asiya regionunda terrorizmə və onun maliyyələşdirilməsinə ("Düşənbə Prosesi") qarşı mübarizədə çoxtərəfli əməkdaşlığı təşviq etmək səylərini qeyd ediblər. BMT ilə birgə növbəti Yüksək Səviyyəli Konfransı 2024-cü ilin noyabrında Küveyt şəhərində keçirmək niyyətindədir", - məlumatda bildirilib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin