Rusiya Dünya Bankı (DB) tərəfindən yüksək gəlirli ölkə kimi tanınır.
Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi sənəddə qeyd olunub.
Bank müəyyən edib ki, hər bir rusiyalının ümumi gəliri 14 250 dollardır. Qeyd edək ki, Dünya Bankı 13 845 dollardan yuxarı göstəricisi olan dövləti yüksək gəlirli ölkə kimi təsnif edir.
"Dünya Bankının bu addımı mötəbər dünya institutu tərəfindən son on ildə Rusiya hakimiyyətinin bizə qarşı qoyulan qanunsuz ticarət və maliyyə məhdudiyyətlərinə baxmayaraq iqtisadi siyasətinin uğurlarının tanınmasını nümayiş etdirir" - Bankın Rusiya üzrə icraçı direktoru Roman Marşavinin vurğulayıb.
Xatırladaq ki, iyun ayında Dünya Bankı Rusiya ÜDM-in artımı ilə bağlı proqnozunu təkmilləşdirməyə doğru dəyişərək bildirmişdi ki, "2024-cü ildə Rusiya Federasiyasında iqtisadi artım 2,9%, 2025-ci ildə 1,4%, 2026-cı ildə 1,1 % olacaq".
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:23 / 04.07.2024
Hər bir rusiyalının ümumi gəliri 14 250 dollardır - DÜNYA BANKI
Hazırda oxunan: Hər bir rusiyalının ümumi gəliri 14 250 dollardır - DÜNYA BANKI
Hazırda oxunan: Hər bir rusiyalının ümumi gəliri 14 250 dollardır - DÜNYA BANKI
30 ildən artıq məhkumluq həyatı yaşayan şəxs yenidən tutuldu. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb. Cinayət işi başlanılıb.
200359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.