Almaniyanın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Bildirilib ki, buna səbəb UEFA-nın türk futbolçuya qarşı intizam istintaqının başlanması olub.
Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-nı Merih Demirala qarşı intizam araşdırması başlatmağa çağırması ilə bağlı səfirə qəti etiraz bildirilib.
Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.
Türkiyə yığma komandası ötən gün AÇ-2024-ün 1/8 finalında Avstriyanı məğlub edərək 1/4 finala adlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:13 / 03.07.2024
Almaniya səfiri Merih Demirala görə Türkiyə XİN-nə ÇAĞIRILDI
Hazırda oxunan: Almaniya səfiri Merih Demirala görə Türkiyə XİN-nə ÇAĞIRILDI
Hazırda oxunan: Almaniya səfiri Merih Demirala görə Türkiyə XİN-nə ÇAĞIRILDI
Almaniyanın Türkiyədəki səfiri Merih Demirala görə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. UEFA-nın futbolçuya qarşı intizam istintaqı başlanması Almaniyanın daxili işlər naziri tərəfindən protestlə qarşılandı.
200303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.