Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin millisini Avstriya üzərində qələbə qazanaraq Avropa Çempionatının ¼ final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
“Futbol üzrə Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn milli komandamızı ürəkdən təbrik edirəm. Bizim uşaqlara çempionluq yolunda uğurlar arzulayıram”- Türkiyə dövlət başçısı yazıb.
Bizim.Media