Fransada növbədənkənar parlament seçkilərinin ilk turu başa çatıb. İlk turda sağçı “Milli Birlik” partiyası birinci yeri tutub. Fransa Prezidenti Emmanuel Makronun “Respublika uğrunda Birlikdə” koalisiyası isə üçüncü olub.
Ümumilikdə “Milli Birlik” partiyası 33,4 faiz, solçu “Yeni Xalq Cəbhəsi” isə 27,98 faiz səs toplayıb. Makronun koalisiyası 20,76 faiz səs yığıb. Bununla da 30 İyun 2024-cü il Qanunvericilik seçkiləri ikinci tura keçmiş oldu.
Bəs bu vəziyyətdə Fransanı nə gözləyir?
Mövzunu Bizim.Media-ya şərh edən Fransanın Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib ki, ikinci turda Makron koalisiyası ilə “Milli Birlik” partiyası arasında ciddi rəqabət davam edəcək.
“Fransada qanunvericilik seçkilərinin ikinci turu ilə bağlı gözləntilərə “Milli Birlik” və “Yeni Xalq Cəbhəsi” arasında gərgin rəqabət daxildir. “Milli Birlik” nisbi və ya mütləq çoxluğa nail olmağa çalışır, “Yeni Xalq Cəbhəsi” isə ifrat sağçılara qarşı çıxmaq üçün koalisiyalar yaratmağı hədəfləyir.
“Milli Birlik” partiyasının qələbəsi Makron administrasiyası üçün, xüsusən də daxili siyasət və beynəlxalq münasibətlər baxımından əhəmiyyətli problemlər yarada bilər. “Milli Birlik” Makronun islahatlarına və təşəbbüslərinə qəti şəkildə qarşı çıxa bilər, bu da institusional blokadalara və siyasi gərginliyə səbəb ola bilər”, - deyə N.Asas bildirib.
“Makronun nüfuzu zərər görəcək”
Asas əlavə edib ki, “Milli Birlik” partiyasının qələbəsi Makronun bundan sonra prezident seçilməsinin qarşısını alacaq:
“Əgər “Milli Birlik” Milli Assambleyada üstünlük təşkil edərsə, bu, Makronun mövqeyini və onun partiyasının növbəti prezident seçkiləri üçün perspektivlərini zəiflədə bilər. Makronun populyarlığı və nüfuzu zərər çəkə bilər ki, bu da onun proqramını həyata keçirməsini çətinləşdirir və yenidən seçilmək şansını azaldır”.
Bəs seçkilərdə qalib olan “Milli Birlik” partiyasının rəsmi Bakıya qarşı münasibəti necə olacaq?
““Milli Birlik” ümumiyyətlə, avroskeptik və millətçi fikirlərə malikdir. Lakin partiyanın Azərbaycana münasibətdə konkret mövqeyi həmişə aydın olmur və siyasi şəraitdən və strateji maraqlardan asılı olaraq dəyişə bilər”, - deyə N.Asas əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 02.07.2024
Fransalı politoloq: “Makron üçün hakimiyyət kitabı bağlanır” – ÖZƏL
Hazırda oxunan: Fransalı politoloq: “Makron üçün hakimiyyət kitabı bağlanır” – ÖZƏL
Hazırda oxunan: Fransalı politoloq: “Makron üçün hakimiyyət kitabı bağlanır” – ÖZƏL
200030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.