Ukrayna XİN: “Ukraynaya dəstək xeyriyyəçilik məqsədilə edilmir”

Hazırda oxunan: Ukrayna XİN: “Ukraynaya dəstək xeyriyyəçilik məqsədilə edilmir”

199961

“Ukraynaya dəstək xeyriyyəçilik məqsədilə edilmir. Bu, Avropanın təhlükəsizliyinə sərmayədir”.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində milli təhlükəsizlik strategiyası ilə bağlı konfransda çıxışı zamanı bildirib.

“Avropanın hər kvadrat santimetrini və azadlığımızı qorumaq lazımdır. Bunun üçün də Ukraynaya yardımı davam etdirməliyik”, - Berbok qeyd edib.

Almaniya XİN başçısının sözlərinə görə, Ukraynaya yardımın “xeyriyyə jesti” kimi qiymətləndirilməsi onu qıcıqlandırır: “Əslində, bu (Ukraynaya kömək - red.) sülh və azadlığı müdafiə etmək üçün öz milli təhlükəsizliyimizə qoyulan sərmayədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin