İyulun 1-dən BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə effektiv cavab tapmaq üçün əsas məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
Bizim.Media xəbər verir ki, bu barədə rəsmi olaraq, Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın sədrliyi dövründə üç mərkəzi tədbirin keçirilməsi planlaşdırılır:
“16 iyul – “Daha ədalətli, demokratik və dayanıqlı dünya nizamının yaradılması maraqlarında çoxtərəfli əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində açıq debat. 17 iyul – Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə nazirlər səviyyəsində açıq müzakirə. 19 iyul – Təhlükəsizlik Şurasının BMT, KTMT, MDB və ŞƏT ilə əməkdaşlığına dair debatı. İlk iki tədbir Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək.
Ümumiyyətlə, Şuranın iş proqramı çox zəngindir. Mandat-hesabat dövrü çərçivəsində Haiti, Konqo Demokratik Respublikası, Qərbi Afrika və Sahel regionu, Yəmən, Kipr, Kolumbiya, Livan və Suriyadakı vəziyyət, habelə BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin fəaliyyəti haqqında fəaliyyəti ilə bağlı görüşlər keçiriləcək”.
Qeyd edilib ki, gündəliyə, həmçinin BMT-nin Qəzza zolağında humanitar məsələlər və yenidənqurma üzrə baş əlaqələndiricisi S.Kaaqın iştirakı ilə Qəzza zolağı üçün humanitar mexanizm haqqında BMT Təhlükəsizlik Şurasının 2720 saylı qətnaməsinin icrası ilə bağlı müzakirələr də daxildir:
“Rusiya Federasiyası Şuranın daimi üzvü və beynəlxalq birliyin məsul iştirakçısı kimi ənənəvi olaraq bu qurumun koordinasiyalı və səmərəli işini təmin etmək üçün hər cür səy göstərəcək. Bu baxımdan Rusiya Təhlükəsizlik Şurasındakı həmkarlarını bütün maraqlı tərəflərin maraqlarını diqqətlə nəzərə alaraq ümumi məxrəcləri axtarmağa yönəldəcək".
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:24 / 01.07.2024
Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik EDƏCƏK - TƏSDİQLƏNDİ
Hazırda oxunan: Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik EDƏCƏK - TƏSDİQLƏNDİ
Hazırda oxunan: Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik EDƏCƏK - TƏSDİQLƏNDİ
Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə təyin olunub. Şuranın iş proqramı və planlanan tədbirlər haqqında məlumat verilib.
199954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.