Le Pen: "Makronist bloku məhv edildi" - VİDEO

Hazırda oxunan: Le Pen: "Makronist bloku məhv edildi" - VİDEO

Fransa prezident seçkisinə keçmiş namizəd Marin Le Pen, "Fraksiya faktiki olaraq makronist blokunu məhv edib" deyib. Seçkinin ikinci turunun həlledici olacağını vurğulayaraq sol blokun qalib gəlməsinə imkan verməməyə çağırıb.

199839

"Fraksiya faktiki olaraq makronist blokunu məhv edib".

Bizim.Media RT nəşrinə istinadən xəbər verir ki, bunu Fransada prezident seçkisinə keçmiş namizəd, sağçı Milli Birlik partiyasının parlament fraksiyasının keçmiş rəhbəri Marin Le Pen deyib.

O, həmçinin Fransada seçkinin ikinci turunun həlledici olacağını vurğulayıb və sol blokun qalib gəlməsinə imkan verməməyə çağırıb.

Növbədənkənar seçkinin ilkin nəticələrinə görə, Le Penin partiyası liderlik edir. Makronun koalisiyası üçüncü yerdədir.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkisinin təyin olunduğunu bəyan edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin