Hakan Fidan iranlı həmkarı ilə telefonda nəyi müzakirə etdi?

Hazırda oxunan: Hakan Fidan iranlı həmkarı ilə telefonda nəyi müzakirə etdi?

199818

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə diplomatik mənbələr bildirib.

Danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub, müharibənin bütün bölgəyə yayılma riski qiymətləndirilib.

Nazir Fidan Livanda gərginliyin artmasının da İraq və Suriyaya mənfi təsir göstərəcəyini vurğulayıb. Bundan əlavə, tərəflər terrorizmlə mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələləri də müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin