“Ukrayna Belarusla sərhədə şəxsi heyət və hərbi texnika cəlb edir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda sərhəd zonasında gərginliyin artması müşahidə olunur:
“Ukrayna ordusu sərhədə radioelektron müşahidə vasitələri də cəlb edib. Bununla yanaşı, bəzi keçid məntəqələri boyunca yerləşən əraziyə minalanmış maneələr yerləşdirilib”.
Belarusun Xüsusi Əməliyyatlar üzrə Qüvvələrinin komandan müavini Vadim Lukaşeviç bu addımı ölkəsinin ərazisinə hücum planının başlanğıcı kimi dəyərləndirib:
“Biz dəqiqliklə bilirik ki, bu keçidlərin məqsədi Belarusun ərazisində diversiya və təxribat xarakterli addımların reallaşdırılmasından ibarətdir. Ukrayna ordusu sərhədlərimiz boyunca radioelektron müşahidə vasitəsilə nəzarət tədbirləri həyata keçirir. Bu məqsədlə həmçinin, pilotsuz uçuş aparatlarından da istifadə edilir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:41 / 29.06.2024
Belarus MN: “Ukrayna sərhədə qoşun yığıb, hücuma hazırlaşır”
Hazırda oxunan: Belarus MN: “Ukrayna sərhədə qoşun yığıb, hücuma hazırlaşır”
Hazırda oxunan: Belarus MN: “Ukrayna sərhədə qoşun yığıb, hücuma hazırlaşır”
Belarusun Müdafiə Nazirliyi Ukrayna sərhədində hücum planı hazırladığını iddia edərək gərginliyi artırdığını bildirib. Ukrayna sərhədində diversiya və təxribat addımlarının həyata keçirilməsi məqsədi ilə radioelektron müşahidə vasitələrinin istifadə edildiyi qeyd olunub.
199626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.