İranda prezidentliyə namizədlərdən Məsud Pezeşkian digər rəqibləri ilə səs fərqini daha da artırıb.
Bizim.Media xəbər verir ki, İranın Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami sayılmış 19 milyon 697 min 13 bülletendən əldə olunan nəticələri səsləndirib.
Nəticələrə görə, Cənubi Azərbaycandan olan millət vəkili Məsud Pezeşkian əsas rəqibi Səid Cəlilidən 1,2 milyona yaxın daha çox səs toplayıb:
Məsud Pezeşkian: 8,302,577 səs;
Səid Cəlili: 7,189,756 səs;
Məhəmməd Bağir Qalibaf: 2,676,512 səs;
Mustafa Purməhəmmədi: 158,314 səs.
10:04
İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkian liderlik edir.
Bizim.Media İran mediasına istinadla xəbər verir ki, indiyədək ümumilikdə 14 milyon 70 mindən çox səs hesablanıb.
Seçki komissiyasının son məlumatına görə, Məsud Pezeşkian 5 milyon 955 min 781 səs toplayıb. Onun əsas rəqibləri Səid Cəlili 5 milyon 560 min 321, Məhəmməd Qalibaf isə 1 milyon 891 min 381 səslə müvafiq olaraq ikinci və üçüncü yerdədir.
İranda prezident seçkilərində qalib gəlmək üçün namizəd seçicilərin 50 faizindən çoxunun səsini toplamalıdır. Namizədlərin heç biri bu qədər səs toplaya bilməsə, bir həftə sonra - iyulun 5-də ikinci tur keçiriləcək. Birinci turda ən çox səs toplayan iki namizəd prezident postu uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaq.
09:04
İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.
Bizim.Media “Mehr”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.
12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, sabiq səhiyyə naziri Məsud Pezeşkian İranın Qərbi Azərbaycan ostanının Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub.
08:42
İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində öndədir.
Bizim.Media “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.
O, bildirib ki, 28 min seçki məntəqəsindən 58 min qutudakı səslərin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb.
Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.
Qeyd edək ki, İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir.
Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkian.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:54 / 29.06.2024
İranda seçkilər: Cənubi azərbaycanlı namizəd liderlik edir - YENİLƏNİB
Hazırda oxunan: İranda seçkilər: Cənubi azərbaycanlı namizəd liderlik edir - YENİLƏNİB
Hazırda oxunan: İranda seçkilər: Cənubi azərbaycanlı namizəd liderlik edir - YENİLƏNİB
İranda prezident seçkilərində Məsud Pezeşkian liderdir. Seçkilərdə mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Səfəri və digər namizədlər iştirak edirlər. Seçkilərə Azərbaycanlı namizəd Məsud Pezeşkian da iştirak edir.
199577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.