Polşa prezidenti Rusiyanı \"azadlığın düşməni\" adlandırdı

Hazırda oxunan: Polşa prezidenti Rusiyanı \"azadlığın düşməni\" adlandırdı

19947

Polşa Prezidenti Andjey Duda Konstitusiya Günü münasibətilə çıxışı zamanı 1792-ci il hadisələrini xatırladıb və Rusiya əleyhinə fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Xatırladaq ki, Polşa bu gün ilk konstitusiyanın 230-cu ildönümünü qeyd edir. Ukrayna, Litva, Latviya və Estoniya prezidentləri bayram üçün Varşavaya gəliblər.

"May Konstitusiyasında belə şüar var: Bəşər cəmiyyətinin bütün gücü xalqın iradəsindən qaynaqlanır. Bu möhtəşəm mesaj nəsillərə ötürülüb və əbədi olaraq tarixi irsimizin nəhəng xəzinəsinə, demokratiyamızın təməlinə çevrilib”. Duda Varşavada Polşa və Litva parlamentlərinin mərasimində danışarkən belə deyib.

"Qəti şəkildə deyirəm, azadlığın düşmənlərinin 3 may konstitusiyasına dözə bilməmələrinin səbəbi budur. Buna görə də imperialist Rusiya müharibə elan etdi", deyə Polşa prezidenti 1792-ci il Rus-Polşa müharibəsinə toxunub.

Debat zamanı Duda Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib: “Polşa hesab edir ki, Krım və Donbas "Rusiya tərəfindən işğal edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin