İranda prezident seçkiləri KEÇİRİLİR

Hazırda oxunan: İranda prezident seçkiləri KEÇİRİLİR

İranda prezident seçkiləri üçün səsvermə başlayıb. İran Konstitusiyasının Keşikçilər Şurası altı siyasətçinin ərizəsini təsdiqləsə də, mühafizəkarların xeyrinə namizədliyini geri götürməsi və digər namizədlər haqqında məlumat.
199413

İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə başlayıb.

Bizim.Media xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır.

İran Konstitusiyasının Keşikçilər Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də iyunun 27-də analoji qərar verib.

O, mühafizəkarlar qanadından iki əsas namizədi - parlamentin spikeri Məhəmməd Bağır Qalibafı və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilini dəstəkləyib.
Onlardan başqa, yarışda mühafizəkar keçmiş Daxili İşlər və Ədliyyə Nazirliklərinin rəhbəri Mostafa Purməhəmmadi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin