Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və qayınatası Sezgin Polat azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, azadlıqlarına müəyyən məhdudiyyət qoyulan cütlüyün barəsində araşdırma davam edəcək.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:38 / 25.06.2024
Dilan Polatla əri AZADLIĞA BURAXILDI
Hazırda oxunan: Dilan Polatla əri AZADLIĞA BURAXILDI
Hazırda oxunan: Dilan Polatla əri AZADLIĞA BURAXILDI
198976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.