WikiLeaks-in qurucusu Julian Assanj Belmarş həbsxanasından azad edilərək Böyük Britaniyanı tərk edib.
Bizim.Media xəbər verir ki, təşkilat X sosial şəbəkəsində onun Avstraliyaya uçan təyyarəyə minməsi ilə bağlı video yayımlayıb.
KİV yazır ki, Assanj istintaqın ona qarşı irəli sürdüyü 18 ittihamdan yalnız biri üzrə razılıq əldə edib.
Belə ki, razılaşmaya əsasən ABŞ Ədliyyə Nazirliyinin prokurorları WikiLeaks-in yaradıcısı üçün 62 aylıq həbs tələb edəcəklər.
Xatırladaq ki, Assanj bu qədər müddəti artıq Böyük Britaniyada həbsxanada keçirib.
Ona qarşı məhkəmə qərarı isə iyunun 26-da ABŞ-ın qeyri-korporativ ərazisi hesab edilən Şimali Mariana adalarında çıxarılacaq.
Bizim.Media