Rəqqasə və model Georgina Rodriguez İtaliyanın çimərlik geyimləri markası olan “Effek”in paltarını geyinərək açıq-saçıq fotoşəkil yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, foto qızın İnstagram hesabında peyda olub. İtaliyanın "Yuventus" futbol klubunun hücumçusu Kriştiano Ronaldonun sevgilisi üzərində taxta muncuq dekoru olan orijinal bikinidə görünüb.
Çimərlik paltarı modelin lüks fiqurunu üzə çıxarıb. Görüntü 2,7 milyondan çox insan tərəfindən bəyənilib. Həm də pərəstişkarları Georginaya təriflər yağdırıblar.
Rodriguez əvvəl də “Effek” üçün digər möhtəşəm kadrları paylaşmışdı.
Bizim.Media