Blinken: ''ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılmasını izləyir”

Hazırda oxunan: Blinken: ''ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılmasını izləyir”

19871

Dövlət katibi Entoni Blinken ABŞ-ın Rusiya silahlı qüvvələrinin Ukrayna sərhədlərindən çıxmasını "diqqətlə izlədiyini" söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Qərb dövlətləri son zamanlar Rusiyanın Ukraynada "təcavüzkar hərəkətlərinin" guya intensivləşməsindən narahatlığını dilə gətirib.

Vaşinqton "Rusiya təcavüzünün" artdığını, Krımda və Ukraynanın şərq sərhədində Rusiya qoşunlarının cəmləşməsini bəyan edib. 

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya qoşunları öz ərazisi daxilində hərəkət edir.

Onun sözlərinə görə, bu, heç kimə təhdid deyil və heç kimi narahat etməməlidir. Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, ölkənin cənubunda və qərbində sürpriz bir yoxlamada iştirak edən rus qoşunları bölmələrinə geri qayıdıb.

Rusiya Müdafiə Naziri Sergey Şoyqu ölkənin cənubundakı təlimlərdə iştirak edən qoşunların daimi yerlərinə mayın 1-dək qayıtmağı haqda əmr verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin