Rusiya, yoxsa NATO? Nüvə silahını kim işə salacaq? - VİDEO

Hazırda oxunan: Rusiya, yoxsa NATO? Nüvə silahını kim işə salacaq? - VİDEO

198676

“Qərb və Rusiya. Serbiya prezidenti Aleksandr Vuçiç əmindir ki, sentyabrda 3-cü dünya müharibəsi başlayacaq. Ötən həftə Moskva Kiyevə bir təklif verdi. Donetsk, Luqansk, Xerson və Zaporojyedən qoşunlarını çıxar, danışaq. Bu, Ukraynaya birbaşa təslim olmaq təklifi idi”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.

Nəşr mövzunu belə davam etdirib:

“Kiyevin bu təklifdən imtinasından sonra Kreml deyir ki, növbəti şərtləri daha ağır olacaq. Şəkildəki əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenkodur. Arxasındakı görüntü Xarkov stadionundandır.

Daha doğrusu, stadiondan qalanlar. Avro-2012 üçün inşa edilən bu stadiondan geriyə sınıq oturacaqlı tribunalar qalıb. Andrey Şevçenko tribunanın qalığını Münxenin mərkəzi meydanında nümayiş etdirdi. Rusiyanın Ukraynaya təcavüzünə diqqət çəkmək üçün. Bu görüntü İsveçrədə Ukrayna üçün keçirilən sammitdən daha effkektiv oldu. 92 ölkənin iştirakı ilə keçirilən Qlobal Sülh Sammiti işə yaramadı. Bəzi dövlətlər sammitə qatıldı, amma yekun sənədə imza atmadı.

İki ölkə arasında sülhdən danışldı, amma Rusiyasız. Qərb həll axtarışındadır, Putin yeni dəstək.

24 il sonra reallaşan və dünyanı təəccübləndirən səfər. Vladimir Putin Pxenyanda. Şimali koreyalılar onu ən sevimli dost adlandırırlar, Rusiyanı isə ən dürüst müttəfiq. Şimali Koreya bir növ keçmiş SSRİ-ni xatırladır. İnsanların həyat tərzi, geyimləri, küçələrdəki şənlikləri ilə. Bir qədər də Çinə bənzəyir. İqtisadiyyatı elə Çindən də asılıdır.

Şimali Koreyanı Çinin proksisi adlandıranlar da var. İndi Rusiya həm Pekinlə yaxınlaşır, həm Pxenyanla. Nüvə silahına sahib Şimali Koreya Rusiyaya hərbi dəstək verəcək. İki ölkə arasında hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalandı. Yəni hər hansı ölkə Rusiyaya hücum etsə, qarşısında Şimali Koreyanı görəcək. Bəziləri düşünür ki, Putinin bu addımı anlaşılan deyil. Niyə 24 ildən sonra Şimali Koreyaya səfər etdi?
Əslində isə bütün həqiqət Çinlə bağlıdır. Bir yanda Qərb, digər yanda yeni üçlük - Rusiya, Çin, Şimali Koreya. Putin Şimali Koreyadan qayıdar-qayıtmaz yeni mesaj verdi – Ukrayna ilə bağlı təkliflərimiz vəziyyətdən asılı olaraq dəyişəcək. Yəni rus qoşunlarının Ukraynadan çıxarılmasını heç ağlınıza da gətriməyin. Savaş qızışır. NATO nüvə silahından istifadənin anonsunu verir. Dünyanın görəcəyi günlər hələ qabaqdadır”.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin