İsrailin müdafiə naziri dağıdıcı bombalar üçün ABŞ-a getdi

Hazırda oxunan: İsrailin müdafiə naziri dağıdıcı bombalar üçün ABŞ-a getdi

198621

Bu gün İsrail müdafiə naziri Yoav Qallant Vaşinqtona səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, öncədən planlaşdırılmayan səfərdə məqsəd ABŞ-ı böyük dağıdıcı gücə malik bombaları İsrailə göndərməyə razı salmaqdır.

Səfərdən öncə Yoav Qallant ABŞ-İsrail münasibətlərinin və səfərinin əhəmiyyətini vurğulayıb:

“ABŞ-da yüksək vəzifəli şəxslərlə görüş gələcəkdə müharibə üçün həlledici əhəmiyyət daşıyır. Səfərim çərçivəsində Qəzza və Livanda hadisələrin inikşafı ilə bağlı müzakirələr aparmağı planlaşdırıram. İsrail Qəzza, Livan və digər bölgələrdə hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır. Qəzzada üçüncü mərhələyə keçid böyük əhəmiyyət daşıyır. Mən bu məsələni ABŞ-ın rəsmi şəxsləri ilə müzakirə edəcəm. Bilirəm ki, ABŞ-la bu məsələdə sıx əməkdaşlığa nail olacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin