Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Hazırda oxunan: Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

198488

İtaliyanın Sahil Mühafizə Xidməti bu həftənin əvvəlində Aralıq dənizində miqrantları daşıyan qayığın batmasından sonra 34 cəsədi çıxara bilib.

Bizim.Media “Associated Press” agentliyinə istinadla xəbər verir ki, 11 nəfər xilas edilib, digər itkin düşənlərin axtarışları davam etdirilir. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Sağ qalanlar bildiriblər ki, BMT-nin Qaçqınlar üzrə Agentliyinin və digər təşkilatların məlumatına görə, motorlu qayıq iyunun 16-na keçən gecə İtaliya sahillərində alovlanıb və batıb. Qayıqda İran, Suriya və İraqdan olan təxminən 75 nəfər olub.

“Sərhədsiz həkimlər” xeyriyyə təşkilatı ən azı 26 uşaq da daxil olmaqla 66 nəfərin itkin düşdüyünü bildirib.

Almaniyanın “ResQship” qaçqınların xilasetmə təşkilatının məlumatına görə, İtaliyanın Lampeduza adasında batan başqa bir qayıqda daha 10 nəfərin cəsədi tapılıb.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, ilin əvvəlindən bəri Aralıq dənizində 1000-dən çox qaçqın ölüb və ya itkin düşüb. Lakin bu il İtaliyaya gələn qaçqınların sayı da xeyli azalıb.
“Associated Press” qeyd edib ki, humanitar təşkilatlar bu ölüm hallarının fonunda Avropanın miqrasiya siyasətinin uğursuzluğunu pisləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin