2025-ci ildə Rusiyada xərçəng peyvəndinin klinik sınaqları planlaşdırılır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib:
"Düşünürəm ki, gələn ilin ortalarına qədər biz xərçəng xəstələrinin iştirakı ilə peyvəndin klinik sınaqlarına başlayacağıq. Hazırda bu vaksin siçanlar üzərində sınaqdan keçirilir. Tədqiqat çərçivəsində məqsəd onların ömrünü iki-üç dəfə uzatmaq deyil, həm şişi, həm də metastazları tamamilə məhv etməkdir. Bu texnologiya inkişaf etdirilə bilsə, peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçənginin müəyyən növləri və melanomalara qarşı kömək edəcək”.
Gintsburqun sözlərinə görə, bu xəstəliklərlə metastazlar ilkin mərhələdə görünür və peyvənd bu tip problemləri olan xəstələr arasında çox aktual olacaq.
Qeyd edək ki, iyunun 12-də Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə xərçənglə mübarizədə flaqmanlardan biri olan Herzen Xərçəng İnstitutunda yerli onkoloji vaksinlərin geniş klinik sınaqlarına başlanılacağını açıqlayıb.
Bundan əvvəl, fevral ayında o, Rusiyanın xərçəng peyvəndi - xərçəng əleyhinə dərmanlar və yeni nəslin immunomodulyator dərmanları yaratmağa yaxın olduğunu iddia etdi. O əlavə edib ki, tezliklə bu vasitələrdən fərdi terapiya metodları kimi istifadə edəcəyini gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:42 / 22.06.2024
Gələn il Rusiyada xərçəng peyvəndinin klinik sınaqlarına başlanılacaq
Hazırda oxunan: Gələn il Rusiyada xərçəng peyvəndinin klinik sınaqlarına başlanılacaq
Hazırda oxunan: Gələn il Rusiyada xərçəng peyvəndinin klinik sınaqlarına başlanılacaq
Rusiyanın xərçəng peyvəndi ilə bağlı 2025-ci ildə klinik sınaqlar planlaşdırılır. İyulun 12-də Rusiya prezidenti Vladimir Putin yerli onkoloji vaksinlərin geniş klinik sınaqlarına başlanılacağını açıqlayıb.
198486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.