Çin ABŞ-ın Gürcüstandakı səfirinə sərt CAVAB VERDİ

Hazırda oxunan: Çin ABŞ-ın Gürcüstandakı səfirinə sərt CAVAB VERDİ

Çin konsorsiumu Anaklia limanının tikintisi tenderinin qalibi oldu. ABŞ səfiri eleştirilən bəyanatlar verdi, Çin səfirliyi cavab verdi.
198410

Çin konsorsiumu “China Communications Construction Company” (CCCC) Gürcüstanın Anaklia bölgəsində dərin dəniz limanının tikintisi üzrə tenderin qalibi olub. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan layihəni tənqid edərək, bunun Çin Kommunist Partiyasının (ÇKP) mülkiyyəti olacağını deyib.

Öz növbəsində Çinin Gürcüstandakı səfirliyi Dunniqanın bəyanatlarını absurd adlandırıb:

“Qeyd etmək istərdik ki, ABŞ-ın Gürcüstandakı səfirliyi rəhbərinin “CCCC-nin böyük hissəsi Çin Kommunist Partiyasına məxsusdur, “ÇKP və ÇXR Rusiya ordusunun bir nömrəli kreditor və maliyyəçisidir” ifadəsi absurddur və faktlara uyğun gəlmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin