NATO-nun bütün 32 ölkəsi Hollandiyanın baş naziri Mark Ruttenin Norveçin Yens Stoltenberqin yerinə alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
Bildirilib ki, yeni baş katibin rəsmi təsdiqi iyulda Vaşinqtonda keçiriləcək sammitdə baş tutacaq:
“Alyansın bütün 32 ölkəsi Niderlandın istefa verən baş nazirinin Yens Stoltenberqi əvəzləyəcəyi barədə razılığa gəldikdən sonra Mark Rutte NATO-nun yeni baş katibi olacaq. Macarıstan və Slovakiyanın razılığından sonra və Rumıniya prezidenti Klaus İohannis bu vəzifəyə namizədliyini geri götürdükdən sonra cümə axşamı Rumıniya onun namizədliyini dəstəkləyib”.
Qeyd edək ki, Rutte bu il oktyabrın 2-dən bu vəzifədə Stoltenberqi əvəz edəcək, NATO baş katibinin səlahiyyət müddəti 5 ildir.
Politico qeyd edir ki, Ruttenin əsas vəzifələrindən biri Hollandiyanın baş naziri kimi ölkəsini bu səviyyəyə çatdıra bilməməsinə baxmayaraq, bütün alyans ölkələrinin hərbi xərclərini ÜDM-in 2%-nə çatdırmaq olacaq. NATO məlumatlarına görə, Hollandiya təkcə bu il ÜDM-in 2%-nə çatacaq, bu il 32 ittifaq ölkəsindən 23-ü bu səviyyəyə çatmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:40 / 20.06.2024
NATO ölkələri Ruttenin baş katib postuna namizədliyini DƏSTƏKLƏDİLƏR
Hazırda oxunan: NATO ölkələri Ruttenin baş katib postuna namizədliyini DƏSTƏKLƏDİLƏR
Hazırda oxunan: NATO ölkələri Ruttenin baş katib postuna namizədliyini DƏSTƏKLƏDİLƏR
Bütün NATO ölkələri, Hollanda Baş Naziri Mark Ruttenin NATO baş katibi postuna namizədliyini dəstəklədiklərini açıqlayıb. Yeni baş katibin rəsmi təsdiqi iyulda keçiriləcək sammitdə baş tutacaq.
198197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.