Regiondan kənar aktorların müdaxiləsi Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə kömək etmir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə Paris ilə İrəvan arasında hərbi əməkdaşlığı şərh edərkən bildirib.
M.Qaluzin əlavə edib: “Regiondan kənar aktorlar Cənubi Qafqaza öz gündəlikləri ilə gəlir və yumşaq desək, onlar region dövlətlərinin maraqlarına cavab vermir. Bu gün Qərb ölkələri Cənubi Qafqazda açıq konfrontasiyalı anti-Rusiya gündəliyi ilə fəaliyyət göstərirlər. Hesab edirik ki, bütün bunlar Cənubi Qafqaz regionunda sabitliyə və təhlükəsizliyə kömək etməyəcək”.
Diplomat vurğulayıb ki, regional təhlükəsizlik daha çox həmin regionun dövlətlərinin səyləri ilə daha effektiv şəkildə təmin edilə bilər. O vurğulayıb: “Biz həm təhlükəsizliyin təmini planında, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 20.06.2024
Rusiya XİN: Kənar aktorların müdaxiləsi Cənubi Qafqazda sabitliyə kömək etmir
Hazırda oxunan: Rusiya XİN: Kənar aktorların müdaxiləsi Cənubi Qafqazda sabitliyə kömək etmir
Hazırda oxunan: Rusiya XİN: Kənar aktorların müdaxiləsi Cənubi Qafqazda sabitliyə kömək etmir
198107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.