Kim Çen In: “Rusiya ilə əməkdaşlıq müqaviləsi sülhü qorumaq məqsədi daşıyır”

Hazırda oxunan: Kim Çen In: “Rusiya ilə əməkdaşlıq müqaviləsi sülhü qorumaq məqsədi daşıyır”

198020

Rusiya ilə KXDR arasında strateji əməkdaşlıq haqqında saziş regionda sülhün və sabitliyin qorunmasına yönəlib.

Bizim.Media “TASS” -a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

O bildirib ki, Rusiya ilə bağlanan saziş hər iki ölkənin təhlükəsizliyini gücləndirir:

“Bu saziş regionda sülhün və sabitliyin qorunmasına, Koreya və Rusiyanın ümumi maraqlarına töhfə verir, həmçinin iki ölkənin təhlükəsizliyini daha da gücləndirir”.

Qeyd edək ki, Putinin Pxenyana səfəri çərçivəsində Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Putin Rusiyanın KXDR ilə hərbi-texniki əməkdaşlığına da icazə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin