Əfqanıstanı tərk etməyən xarici qüvvələrə qarşı lazımi tədbirlər görüləcək.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bunu "Taliban» sözçüsü Zəbihullah Mücahid deyib.
MÖVZU İLƏ BAĞLI:
“Taliban” təhlükəsizlik qüvvələrinin 25 əməkdaşını öldürüb
"Xarici qüvvələrin Əfqanıstandan çıxarılması barədə razılaşdırılmış 1 may tarixi artıq keçib. Bu pozuntu "Əfqanıstan islam əmirliyi" mücahidlərinin işğalçı qüvvələrə qarşı hərəkətə keçməsinə yol açdı", — deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin əmrinə əsasən, amerika qoşunlarının 1 maydan Əfqanıstandan çıxarılmasına başlanılıb. Proses 11 sentyabra qədər yekunlaşmalıdır.
Bizim.Media