Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri ilə növbəti görüşün Moskvada baş tutacağına ümid etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bunu Pxenyanda keçirilən danışıqların əvvəlində bəyan edib.
“Yeni görüşümüzə çox şadam. Ümid edirəm ki, növbəti tədbir Rusiyada, Moskvada baş tutacaq”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin Kim Çen Ina KXDR paytaxtına gəlməyə dəvətə görə təşəkkür edib.
Bundan əvvəl Pxenyanın Kim İr Sen meydanında Putinin rəsmi qarşılanma mərasimi olub.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) prezidenti Kim Çen Inın dəvəti ilə Pxenyana səfər edib.
Putini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.
Putin və Kim Çen In arasında rəsmi görüş mərasimi isə Pxenyandakı meydanda başlayıb.
Sonuncu dəfə Rusiya lideri bu ölkəyə 2000-ci ildə səfər edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:40 / 19.06.2024
Putin Şimali Koreya liderini Moskvaya DƏVƏT edib
Hazırda oxunan: Putin Şimali Koreya liderini Moskvaya DƏVƏT edib
Hazırda oxunan: Putin Şimali Koreya liderini Moskvaya DƏVƏT edib
197944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.