İsveçrə XİN: Ukrayna ilə bağlı növbəti konfrans Avropada keçirilməyəcək

Hazırda oxunan: İsveçrə XİN: Ukrayna ilə bağlı növbəti konfrans Avropada keçirilməyəcək

İsveçrə XİN, Ukrayna ilə bağlı növbəti konfransın Avropada keçirilməyəcəyini bildirib. Konfransın Bürgenstok şəhərində keçirilən foruma bənzər olduqunu vurğulayıb. İsveçrə XİN növbəti konfransda Rusiya'nın hansısa formada işə inteqrasiya edilməli olduğunu da vurğulayıb.
197800

İsveçrənin Bürgenstok şəhərində keçirilən foruma bənzər Ukrayna ilə bağlı növbəti konfrans böyük ehtimalla Avropa ölkələrindən birində baş tutmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Federal Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qabriel Luhinger “SRF” telekanalına müsahibəsində deyib.

“Konfrans təbii ki, Avropada və ya Qərbdə baş tutmayacaq. Biz Bürgenstokda bu məsələdə maraqlı olan ölkələrlə danışıqlar aparmışıq. Qərar vermək onların ixtiyarındadır”, - Luhinger vurğulayıb.
İsveçrə XİN-in nümayəndəsi onu da qeyd edib ki, növbəti konfransda Rusiya hansısa formada işə inteqrasiya edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin