Məkkədə 14 iordaniyalı zəvvar ölüb, 17 nəfər itkin düşüb

Hazırda oxunan: Məkkədə 14 iordaniyalı zəvvar ölüb, 17 nəfər itkin düşüb

Məkkədə Həcc ziyarəti zamanı 14 İordaniya vətəndaşı ölüb. 17 nəfər itkin düşüb. Səudiyyə Ərəbistanı rəsmiləri temperaturun 48 dərəcəyə çatmasından xəbərdarlıq edir.
197629

Məkkədə Həcc ziyarəti zamanı 14 İordaniya vətəndaşı ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə İordaniyanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyatlar və konsulluq idarəsinin rəisi səfir Sufyan Əl-Qüdə bildirib ki, ölən 14 zəvvarın cənazələrinin daşınması prosedurunun başlaması üçün Səudiyyə Ərəbistanı ilə təmasdadır. Eyni zamanda, itkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

Ölümün səbəbləri açıqlanmır, lakin əvvəllər altı təbəənin istilər nəticəsində öldüyü qeyd olunub.

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin