Türkiyənin Adana vilayətində qurban kəsmək istəyən ailənin başına iş gəlib.
Bizim.Media xəbər verir ki, Sarıçam rayonunda anidən qaçan qurbanlıq keçi elektrik naqilinə ilişib.
Sakinlər xeyli cəhd etdikdən sonra keçini ilişdiyi yerdən xilas edə biliblər.
Qeyd edək ki, Qurban Bayramı Türkiyədə də təmtəraqla keçirilir, ölkədə 9 günlük bayram tətili edilib.
Bizim.Media