Türkiyənin məşhur “Survivor” yarışmasının final gecəsində baş verən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, final çəkilişlərinə gedən iştirakçıların olduğu avtomobilə qanunla qadağan olunmuş müdaxilələr edilib.
Belə ki, finalçıları daşıyan avtomaşının sürücüsü nəqliyyat vasitəsinə rəngli işıq və səs siqnalı kimi qurğular quraşdırıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məsələyə hüquqi çərçivədə qiymət verildiyini açıqlayıb.
“Nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati cərimə tətbiq edilib və maşından siren sistemi sökülüb. Təcili yardım, yanğınsöndürmə və polis əməkdaşları üçün nəzərdə tutan xidməti avtomobillərdə istifadəsinə icazə verilən sirenaların yol hərəkətində prioriteti insan sağlamlığı və cinayətkarlarla mübarizəyə yönəlib.
Bu səs qurğularından qeyri-qanuni şəkildə istifadə edənlərə qarşı tədbirlər görüləcək, bənzər hadisələrin yaşanmasına yol verilməyəcək”, - deyə nazir qeyd edib.
Bizim.Media