Rusiyanın Vladivostok şəhərində iki uşağını və həyat yoldaşını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladivostokun Tolstoy küçəsində binanın sakinləri xoşagəlməz iy hiss ediblər.
Qonşuların narahatlığı özünü doğruldub. Çünki onlar qapını açdıqda evdə bıçaqlanmış bir kişi və iki azyaşlı övladını görüblər.
Belə ki, 40 yaşlı Denis, oğlu Dmitri və qızı Viktoriya ölü tapılıblar. Məlumata görə qətldə ittiham olunan Yekaterina və öldürdüyü əri Denis üçəm sahibi idilər. Sadəcə, Kril adlı oğulları qanlı olay zamanı bağçada olub.
Yekaterina saxlanılıb və güman olunur ki, içkili vəziyyətdə ailəsinə qarşı qətliam törədən qadın cinayətdən sonra heç nə olmamış kimi kinoteatra gedib.
Anası həbs olunan, ata və bacı-qardaşı öldürülən Kiril isə uşaqlar evinə verilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:15 / 01.05.2021
İki övladını və ərini öldürən qadın SAXLANILDI - DƏHŞƏTLİ CİNAYƏT
Hazırda oxunan: İki övladını və ərini öldürən qadın SAXLANILDI - DƏHŞƏTLİ CİNAYƏT
Hazırda oxunan: İki övladını və ərini öldürən qadın SAXLANILDI - DƏHŞƏTLİ CİNAYƏT
19744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.