Türkiyənin 81 vilayətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilib.
Bizim.Media-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi 81 vilayətə bildiriş göndərib.
Yeni məhdudiyyətlərə görə, bazarlar, marketlər, ictimai nəqliyyat, küçə və prospektlər, parklar, alış-veriş mərkəzləri və insanların kütləvi toplaşdığı digər yerlərdə nəzarət tədbirləri gücləndiriləcək.
İctimai iaşə müəssisələri, bərbərxanalar, gözəllik salonları, mərasim evləri, idman zalları, internet kafelər, bilyard salonları, əyləncə mərkəzləri, konsert salonları, üzgüçülük hovuzlarının iş vaxtı saat 22:00-dək müəyyən edilib.
Eyni zamanda, bütün özəl sektora distant iş rejiminə keçmək tövsiyə edilib.
Məhdudiyyətlərə əməl etməyən vətəndaş və müəssisələrlə bağlı ölçü götürüləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:57 / 04.11.2020
Türkiyənin 81 vilayətində COVİD-19-a görə qaydalar sərtləşdi
Hazırda oxunan: Türkiyənin 81 vilayətində COVİD-19-a görə qaydalar sərtləşdi
Hazırda oxunan: Türkiyənin 81 vilayətində COVİD-19-a görə qaydalar sərtləşdi
1974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.