Almaniya hökuməti iyunun 17-də Aİ liderlərinin görüşündə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ikinci müddətə namizədliyini irəli sürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb .
Beləliklə, Almaniya kansleri Olaf Şolzun Lyayenin namizədliyini dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, martın 7-də Avropa Xalq Partiyasının Buxarestdə keçirilən qurultayında fon der Lyayenin Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülüb. Avropa İttifaqının əsas sənədlərinə görə, AK rəhbəri Aİ-nin sammitində Avropa İttifaqı liderlərinin qərarı ilə təyin olunur və AP-də gizli səsvermə yolu ilə təsdiqlənir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:37 / 15.06.2024
Lyayen yenidən Avropa Komissiyasının sədri OLACAQ?
Hazırda oxunan: Lyayen yenidən Avropa Komissiyasının sədri OLACAQ?
Hazırda oxunan: Lyayen yenidən Avropa Komissiyasının sədri OLACAQ?
Almaniya hökuməti ikinci dəfə Avropa Komissiyasının sədri Ursula von der Leyenin namizədliyini irəli sürəcək. Alman kansleri Olaf Scholzun da bu namizədliyi dəstəkləyəcəyi gözlənilir.
197397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.