G7: Fələstin-İsrail münaqişəsi Fələstinin tanınması və iki dövlətin dinc yaşaması əsasında bitməlidir

Hazırda oxunan: G7: Fələstin-İsrail münaqişəsi Fələstinin tanınması və iki dövlətin dinc yaşaması əsasında bitməlidir

197371

“Fələstin-İsrail arasında Qəzzada gedən hərbi münaqişə Fələstinin müstəqilliyinin tanınması və  iki dövlətin dinc birgə yaşayışı əsasında bitməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə G7-nin İtaliyada keçirilən sammitinin yekun bəyanatında bildirilib.

“Biz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq təhlükəsiz və tanınmış sərhədlər daxilində iki demokratiyanın - İsrail və Fələstinin dinc birgə yaşayışı ilə münaqişənin iki dövlət əsasında həllinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik. Bunun üçün isə Qəzza zolağı İordan çayının qərb sahili ilə Fələstin administrasiyasının səlahiyyətləri altında birləşdirilməsi vacibdir” – bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin