Putindən SÜLH AÇIQLAMASI – “Sabah danışıqlar masasına oturmağa hazırıq” - VİDEO

Hazırda oxunan: Putindən SÜLH AÇIQLAMASI – “Sabah danışıqlar masasına oturmağa hazırıq” - VİDEO

Putindən sülh açıqlaması ilə bağlı xəbər. Rusiya Prezidenti Vladimir Putin, Ukrayna ilə sülh danışıqlarına hazır olduklarını və Ukrayna qoşunlarının belə və belə vilayətlərdən çıxarılması şərtlərini açıqlayıb. Putin, Kiyevin NATO-ya inteqrasiya niyyətlərindən əl çəkməsi məsələsini də qeyd edib.
197280

“Rusiya həmişə sülhə can atıb və biz sabah da danışıqlar masasına oturmağa hazırıq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Rusiya XİN-in rəhbərliyi ilə görüşü zamanı səsləndirib. 

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb:

“Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasınındır, bu məsələ müzakirə belə edilə bilməz. Yalnız bu halda danışıqlar mümkündür”.
Rusiya lideri həmçinin qeyd edib ki, Kiyev NATO-ya inteqrasiya niyyətlərindən əl çəkməlidir.

“Bu baş verərsə, bizim tərəfimizdən dərhal, elə həmin anda atəşi dayandırmaq və danışıqlara başlamaq əmri gələcək”, - Putin əlavə edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin