Məkkədən Hərəmə aparan servislər ləğv edildi, taksi qiymətləri artdı - VİDEO

Hazırda oxunan: Məkkədən Hərəmə aparan servislər ləğv edildi, taksi qiymətləri artdı - VİDEO

197181

Həcc ziyarəti üçün Məkkə şəhərinə yollanan zəvvarlar Kəbəni ziyarət etmək üçün xeyli əziyyət çəkiblər. 

Bizim.Media İhlas Xəbər Agentliyinə (İHA) istinadən xəbər verir ki, servis xidməti ləğv edildikdən sonra Məkkə şəhərində taksi və mikroavtobusların qiymətləri 3-20 dəfə artıb. 

Odur ki, Kəbədən 3-5 kilometr aralıda yerləşən Əziziyyə bölgəsinə piyada gedən zəvvarlara 100 rial (təxminən 45 manat) dəyərində taksi xidməti təklif edilib.

Qeyd edilir ki, zəvvarların əksəriyyəti tunellərdən keçərək hotellərinə qayıtsalar da, yolun bir hissəsini mikroavtobus və ya əlil arabasında 100 riala qət etməli olurlar.

Hərəm bölgəsində relsli sistemlə nəqliyyat nizamının yüngülləşdirilə biləcəyini bildirən yüz minlərlə zəvvar, illərdir Kəbə yaxınlığında relsli sistemin qurulmamasını da tənqid edib.

Həmçinin, Hərəm bölgəsinə girişlərin bağlanması ilə polisin həyata keçirdiyi Həcc viza yoxlamaları da artıb. Həm bölük maşınları, həm də çoxsaylı polis əməkdaşları tərəfindən yollarda aparılan sənəd yoxlamaları tıxaclara səbəb olsa da, piyadaların sıx olduğu yerlərdə qonaqlardan “Nusuk” kartlarının tələb olunması diqqət çəkir. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin