Pakistan hökuməti dövlət sirlərini sızdırmaqda ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi haqqında bəraət hökmünə etiraz edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Pakistan Daxili İşlər Nazirliyi ölkənin Ali Məhkəməsinə etiraz məktubu göndərib.
"İslamabad Ali Məhkəməsinin (IHC) Xan və Qureşi haqqında hökmləri ləğv etmək qərarı səhv, özbaşına verilmiş bir qərar idi.
Həmçinin bu qərar Federal Təhqiqat Agentliyinin təqdim etdiyi və təqsirləndirilən şəxsin günahını təkzib edilə bilməyəcək dərəcədə sübutların sayəsində qəbul edilən ittiham aktı materialına uyğun deyildi", - deyə etiraz mətnində qeyd edilib.
Qeyd edək ki, ötən gün İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşiyə dövlət sirrini açıqlamaq ittihamı ilə bağlı bəraət verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:15 / 13.06.2024
Pakistan hökuməti İmran Xan və sabiq XİN başçısı ilə bağlı bəraət qərarına ETİRAZ ETDİ
Hazırda oxunan: Pakistan hökuməti İmran Xan və sabiq XİN başçısı ilə bağlı bəraət qərarına ETİRAZ ETDİ
Hazırda oxunan: Pakistan hökuməti İmran Xan və sabiq XİN başçısı ilə bağlı bəraət qərarına ETİRAZ ETDİ
197175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.