Yaponiyada 6,6 bal gücündə zəlzələ oldu - Sunami olacaqmı?

Hazırda oxunan: Yaponiyada 6,6 bal gücündə zəlzələ oldu - Sunami olacaqmı?

19708

Mayın 1-də yerli vaxtla səhər saat 10:27 dəqiqədə Yaponiyanın Hönşü adasının şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib.

Bizim.Media Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, güclü zəlzələnin episentri Miyaqi prefekturasının Sakit okean sahillərində, ocağı 61 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.

Güclü yeraltı təkanların paytaxt Tokio da daxil olmaqla, Aomori, Osaka, İvate və Fukuşima prefekturalarında hiss olunduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin