“Biz güman etməliyik ki, 2029-cu ildə Rusiya NATO ölkələrindən birinə hücum edə biləcək. Ona görə də biz kadrlar baxımından çəkindiriciliyi bərpa etməliyik”.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, “təhdid vəziyyəti bir neçə il əvvəlki vəziyyətlə müqayisədə dəyişib”.
Pistorius Almaniyada məcburi hərbi xidmətin qaytarılmasının zəruriliyini tələb edib:
“Yaxın gələcəkdə Bundesverin sayı 181 min nəfərdən 203 min nəfərə çatdırılmalıdır. Bundan əlavə, NATO-nun hesablamalarına görə, Almaniyanın da təxminən 200 min əlavə ehtiyata ehtiyacı var”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:20 / 12.06.2024
Almaniyanın müdafiə naziri: “Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər”
Hazırda oxunan: Almaniyanın müdafiə naziri: “Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər”
Hazırda oxunan: Almaniyanın müdafiə naziri: “Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər”
197017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.